Ərdoğan BMT-dəki çıxışında Azərbaycandan danışdı

Ərdoğan BMT-dəki çıxışında Azərbaycandan danışdı “Son zamanlar Qafqazda sabitlik baxımından mühüm addımlar atılıb”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında dünya ictimaiyyətinə müraciətində deyib:
“Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qərarlarına mövzu olan torpaqlarındakı işğala son verib. Bu hadisə bölgədə daimi sülh adına yeni fürsət pəncərələrinin açılmasına şərait yaradıb. Tərəflərin atacağı hər bir müsbət addımı dəstəkləmək qərarındayıq”.

Tehsil-press.az


Oxşar xəbərlər