Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərdən sonra Dövlət Dumasında deputat mandatlarının bölünməsi barədə məlumat yayıb.
Hakim “Vahid Rusiya” Partiyası 324, Kommunist Partiyası 57, “Ədalətli Rusiya” 27, Liberal-Demokrat Partiyası 21, “Yeni insanlar” Partiyası 13 mandat əldə edib.
“Partiya Rosta”, “Vətən” və “Vətəndaş platforması” partiyalarının hər birini bir deputat təmsil edəcək.
Qeyd edək ki, VIII çağırış Rusiya Dövlət Dumasına seçkilər sentyabrın 17-19-da keçirilib. Parlamentin aşağı palatasında 450 deputat təmsil olunur. Seçkilərin rəsmi nəticələri sentyabrın 24-də elan ediləcək.
Tehsil-press.az