AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri şəhid leytenant Teymur Abbasovun ailəsini ziyarət ediblər.
Yeni Azərbaycan Partiyasının Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri Sənan Həsənov, Vətən müharibəsi iştirakçısı, aparıcı elmi işçi Radif Mustafayev, müəssisənin Həmkarlar Təşkilatının sədri Asya Əhmədova, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tünzalə Musayeva və Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev yeni dərs ilinin başlanğıcında şəhidin övladları Feyruz və Siyruz Abbasovların qayğıları və yaşayış şəraiti ilə tanış olublar.
Görüşdə alimlər 44 günlük Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadan mərd oğullarımızın göstərdiyi şücaətin və qəhrəmanlığın dünya hərb tarixindəki möhtəşəmliyi və özünəməxsusluğu haqqında şəhid ailəsi ilə fikirlərini bölüşüblər. Azərbaycan xalqının şəhidlik zirvəsi kimi uca məqama yüksəlmiş övladlarının qəhrəmanlığının hər bir vətəndaş üçün örnək olduğu, onların vətənə olan sonsuz məhəbbətinin gənc nəslin tərbiyəsində və dövlətçilik şüurumuzun inkişafındakı müstəsna əhəmiyyəti haqqında danışılıb.
Şəhidin ailəsi və övladları onlara göstərilən diqqətə və qayğıya görə dövlət başçısına, alimlərimizə minnətdarlıqlarını bildiriblər.
Tehsil-press.az