UFAZ ilə “AzGP Engineering” şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

UFAZ ilə “AzGP Engineering” şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) “AzGP Engineering” MMC şirkətinin nümayəndələri geofiziklər Parisa Zabolestani və Əvəz Məmmədov ilə görüş olub.
UFAZ-ın Elmi-tədqiqat departamentinin rəhbəri Filip Turek, Tədris departamentinin müdiri Lətifə Nəsibova, Yer elmləri və geologiya ixtisasları üzrə koordinatorlar Klara Jodri, Elşən Abdullayevin də iştirak etdikləri görüşdə “AzGP Engineering” MMC-nin fəaliyyət sahələri barədə məlumat verilib və universitet ilə mümkün əməkdaşlıq perspektivləri, o cümlədən təhsil müəssisəsi məzunlarının təcrübə və gələcək məşğulluq imkanları müzakirə edilib.

Tehsil-press.az

Oxşar xəbərlər