UFAZ-ın dörd tələbəsi Fransada keçiriləcək hackathon yarışmasında iştirak edəcək

UFAZ-ın dörd tələbəsi Fransada keçiriləcək hackathon yarışmasında iştirak edəcək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Fransada işçi səfərdə olub
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı və Azərbaycan-Fransız Universitetinin (UFAZ) direktoru Vazeh Əsgərov Fransanın Po şəhərində işgüzar səfərdə olublar.
Səfər çərçivəsində Po şəhərində yerləşən “POLE AVENİA” şirkətinin prezidenti Jean-Loup Minebois və baş direktoru Jerom Porfirio, eləcə də “Helioparc” texnomərkəzinin rəsmi nümayəndəsi Filip Maury, Po Universitetinin Biznesin İnkişafı Mərkəzinin rəhbəri Herve Garrod, Fransa Qazma Məktəbinin direktoru Rafael Alonso, Neft Qazma İnstitutunun vitse-prezidenti Remi Ferrier, “Averne Resources”, “EXLOG”, “Realtime Seismic” şirkətlərinin rəhbərləri ilə görüşüblər.
Görüşlər çərçivəsində bu şirkət və universitet laboratoriyalarının işi ilə yaxından maraqlanılıb və məsul şəxslərin təqdimatı dinlənilib. Ölkəmizlə bu şirkətlər arasında əməkdaşlığın qurulması imkanları, azərbaycanlı tələbələrin Fransanın tədris və təlim mərkəzlərində, laboratoriyalarında təcrübə keçməsi, fransız mütəxəssislərinin UFAZ-a cəlb edilməsi, birgə startap layihələrinin işlənilməsi, magistratura və doktorantura pilləsi üzrə azərbaycanlı tələbələrin təhsillərini davam etdirilməsi məsələləri müzakirə olunub.
Azərbaycan tərəfinin təklifi ilə UFAZ-ın Fransa üzrə tərəfdaşı olan Strasburq Universitetinin nümayəndələri də müzakirələrə qoşulub. UFAZ-ın Strasburq Universiteti üzrə elmi eksperti və əlaqələndiricisi Jan-Mark Planeks, geofizika ixtisası üzrə proqram əlaqələndiricisi Alessia Maggi müzakirələrə qoşulub və fikirlərini bölüşüblər.
ADNSU-un rektoru M.Babanlı Azərbaycanda aparılan təhsil islahatları, rəhbərlik etdiyi universitetdə yaradılmış şərait, habelə müasir laboratoriyalar, HPC super kompüter mərkəzləri, startap layihələri, tələbələrin stimullaşdırılması üzrə tədbirlər, o cümlədən ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrinə dair geniş məlumat verib.
Tərəflər ilkin mərhələdə noyabrın 21-22 tarixlərində Po Universitetində keçiriləcək “Planetin mərkəzində 24 saat innovasiya” hackathon yarışmasına UFAZ-ın 4 tələbəsinin iştirakı ilə bağlı razılığa gəliblər.
Fransadakı səfirliyimizin I katibi Vüqar Əliyev də görüşlərdə iştirak edib.

ADNSU-nun Mətbuat Xidməti


UFAZ-ın dörd tələbəsi Fransada keçiriləcək hackathon yarışmasında iştirak edəcək

Oxşar xəbərlər