Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əməkdaşları Bakı Biznes Universitetinin koordinator olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi - EQAC” adlı “Erasmus+” layihəsi çərçivəsində təşkil olunan təlimdə iştirak ediblər.
Almaniyanın Potsdam Universitetinin Keyfiyyət İnkişafı Mərkəzinin nümayəndələri və Filippin San Karlos Universitetinin keyfiyyət təminatı təmsilçisindən ibarət təlimçi qrupu EQAC konsorsium universitetləri olmaqla bir sıra Azərbaycan ali təhsil müəssisələrini təmsil edən keyfiyyət və əlaqəli sahədə çalışan 30 nəfərdən ibarət iştirakçı qrupuna təlim keçiblər.
Təlimlər ali təhsildə keyfiyyət mədəniyyəti, keyfiyyət təminatı sistemlərinin təsviri və praktiki olaraq tətbiq olunması, keyfiyyət təminatında rollar və iştirakçılıq kimi mövzuları əhatə edib. Ümumi olaraq daxili keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsinə həsr edilən üçgünlük seminarlar zamanı təlimçilərin rəhbərliyi altında universitet nümayəndələri müvafiq sahələr üzrə tapşırıqları yerinə yetiriblər.
Təlimin son günündə Almaniya və Filippin təmsilçiləri Azərbaycan universitet nümayəndələrini maraqlandıran mövzularda layihə təsvirlərinin hazırlanması üzrə hər cür dəstəyə hazır olduqlarını bildiriblər.
Tehsil-press.az