Pilot peşə təhsili mərkəzlərinin müəllim və mühəndis-pedaqoji heyətinin, eləcə də müəssisədaxili təlimçilərin səriştələrinin artırılması, müasir texnika ilə tanışlıq məqsədilə silsilə təlimlər davam edir.
“Qəbələ, Qax və İsmayıllı rayonlarında kənd təsərrüfatı və turizm sahələrində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsində "Sağmal inəklərin yemlənməsi" mövzusunda növbəti təlim xarici ekspert tərəfindən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilib.
Təlimin nəzəri hissəsi Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində, praktiki hissəsi isə “Gilan Dairy Farms” MMC-nin heyvandarlıq təsərrüfatında keçirilib.
Qeyd edək ki, prosesinin davamlılığının təmin edilməsi məqsədilə iştirakçıların özlərinin də gələcəkdə müvafiq mövzularda sahibkarlara və həssas qruplara təlim keçməsi nəzərdə tutulub.
“Qəbələ, Qax və İsmayıllı rayonlarında kənd təsərrüfatı və turizm sahələrində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi Avropa İttifaqı ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə məktəbində Almaniyanın duala bənzər peşə təhsili və təlimi yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etməkdir.
Tehsil-press.az