Allahşükür Paşazadə ilə Patriarx Kirillin görüşü oldu

Allahşükür Paşazadə ilə Patriarx Kirillin görüşü oldu Rusiyanın paytaxtında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill arasında görüş olub.
Görüş zamanı Patriarx Kirill siyasi amillərin münaqişə tərəflərinin razılığa gəlməsinə mane olduğunu deyib:
“Söhbət hərbi münaqişənin aradan qaldırılmasından gedirsə, burada siyasi faktor mövcud olur və bu amil də danışıqları mürəkkəbləşdirir. Bəzən dini nöqteyi-nəzərdən baxdıqda insanların nəyə görə bir-birlərinə etibar edə bilməmələri bizə sadəcə anlaşılmaz görünür. Onlar ona görə etibar edə bilmirlər ki, siyasi maraqlara toxunulur”.
Patriarx Kirillin sözlərinə görə, dini liderlərin bu kimi problemləri müzakirə etməkdə bir üstünlüyü var. Onları ortaq cəhətlər - Allaha inam və əxlaqi dəyərlər sistemi, bir-birlərinə olan etibar birləşdirir və bu da çox əlverişli atmosfer yaradır:
“Tanış olduğumuz bu 30 il ərzində bizi bir-birimizdən ayıran və gərginlik yaradan bir dənə də olsun, hadisə yaşanmayıb. Hər zaman müzakirə etdiyimiz məsələlərin həllini tapmışıq”.

Tehsil-press.az


Oxşar xəbərlər