Peşə təhsili müəssisələrinin idarə edilməsində Türkiyə təcrübəsi öyrənilir

Peşə təhsili müəssisələrinin idarə edilməsində Türkiyə təcrübəsi öyrənilir Peşə təhsili müəssisələrinin idarə edilməsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə seçilmiş 15 peşə məktəbinin rəhbər şəxslərinin Türkiyəyə təlim-təcrübə səfəri başlayıb.
Təlimin ilk gününün açılışını İstanbul Əyalət Təhsil İdarəsinin Müstəqil sənayeçi və iş adamları dərnəyinin rəhbəri Mahmud Asmalı edib. Daha sonra dosent Hanifi Parlar “Müasir ixtisas təhsilində liderliyin açarı: dəyişiklik, yenilik, tərəqqi” mövzusunda danışıb. “Türkiyədə peşə təhsili” mövzusunda fikirlərini bölüşən İstanbul Havalimanı Peşə və Texnik Anadolu Liseyinin müdiri Talha Bektaş pandemiya zamanı Türkiyədəki peşə təhsili müəssisələrinin əhəmiyyəti və dəyərləndirilməsi haqqında maraqlı mühazirə edib. Təlim-təcrübə səfərinin oktyabrın 17-dək davam etməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində həyata keçirilən səfərin əsas məqsədi peşə məktəblərinin idarə edilməsində Türkiyənin qabaqcıl təcrübəsinin öyrənilməsidir.

Tehsil-press.az

Oxşar xəbərlər