Bakı Dövlət Universitetinin (BDU) nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Biofizika şöbəsinin baş elmi işçisi professor Niftalı Qocayevin, aparıcı elmi işçiləri dosent Gülşən Ağayeva və Ülkər Ağayevanın “Düyü kəpəyi zülalından alınmış kationik Glu-Gln-Arg-Pro-Arg pentapeptidin və onun D-izomerlərlə əvəzolunmuş analoqlarının molekulyar docking simulyasiya vasitəsilə xərçəng və COVID-19 əleyhinə xüsusiyyətlərinin giymətləndirilməsi” adlı məqaləsi Q2 kvartil kateqoriyalı jurnallar siyahısında yer alan “Journal of Molecular Graphics and Modelling” jurnalında yer alıb.
Düyü kəpəyi zülalından əldə edilən Glu-Gln-Arg-Pro-Arg (EQRPR) pentapeptidinin xərçəng əleyhinə təsir mexanizminin müəyyənləşdirilməsi üçün nəzəri və təcrübi metodlardan istifadə edilib. İlk dəfə olaraq EQRPR pentapeptidin konformasiya analizi edilib və əldə olunan ən aşağı enerjili konformasiya optimallaşdırılıb.
Tehsil-press.az