Bakı Dövlət Universitetinin (BDU) nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Nəzəri fizika şöbəsinin müdiri, dosent Şahin Ağayevin həmmüəllifi olduğu “Aksial-vektor tetrakvarkının yarımlepton və qeyri-lepton parçalanmaları" (“Semileptonic and nonleptonic decays of the axial-vector tetraquark”) adlı məqalə “Web of Science” və “Scopus” kimi bazalarda indekslənən və Q2 kateqoriyalı nəşrlərin siyahısında yer alan “The European Physical Journal A” jurnalında dərc olunub.
Məqalədə aksial-vektor tetrakvarkının yarımlepton və qeyri-lepton parçalanma kanallarının effektiv en kəsikləri hesablanıb, onun yaşama müddəti dəqiqləşdirilib.
Tehsil-press.az
Məqalədə aksial-vektor tetrakvarkının yarımlepton və qeyri-lepton parçalanma kanallarının effektiv en kəsikləri hesablanıb, onun yaşama müddəti dəqiqləşdirilib.
Tehsil-press.az