Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Qars müqaviləsinin informasiya təminatı” mövzusunda elmi seminar keçirilib.
Seminarda BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov universitetdə elmi-tədqiqat işlərinin məzmununun yenilənməsi istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb. “Universitetdə bu istiqamətdə görülən işlərin, həyata keçirilən islahatların və müəyyənləşdirilmiş inkişaf strategiyasının təhlili bu fikri söyləməyə əsas verir ki, BDU yaxın gələcəkdə təhsilin səviyyəsinə, elmi-tədqiqatların məzmununa görə beynəlxalq reytinq agentliklərinin siyahısında daha ön yerləri tutacaq, nüfuzlu tədqiqat universitetinə çevriləcək”, - deyə direktor bildirib.
M.Süleymanov, eyni zamanda, bugünkü seminarın mövzusunun xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb.
Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov “Qars müqaviləsinin informasiya təminatı” mövzusunda məruzə ilə çıxış edib.
N.İsmayılov, həmçinin 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra, 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsindən bəhs edib, sənədin böyük əhəmiyyət daşıdığını bildirib.
Sonra məruzə ətrafında müzakirələr aparılıb. Professorlar Mais Süleymanov, Xəlil İsmayılov, kafedra müdirləri Elçin Əhmədov, Knyaz Aslan, dosentlər Pərviz Kazimi, Solmaz Sadıqova və başqaları mövzu ilə bağlı fikirlərini bildiriblər.
Tehsil-press.az