Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyəti, gənc tədqiqatçılar və tələbələrin iştirakı ilə onlayn elmi seminar keçirilib.
Elmi seminarda Kitabxanaşünaslıq kafedrasının müdiri Elçin Əhmədov “Kitabxanaşünaslığın fəlsəfi amilləri” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə kitabxanaçılıq tədqiqatlarının səmərəlilik meyarına təsir göstərən fəlsəfi amillər təhlil edilib. Qeyd olunub ki, fəlsəfi amillərin kitabxanaşünaslıq tədqiqatlarında tətbiqi bu sahənin elmi-nəzəri metodologiyasını zənginləşdirir və ona töhfə verir. Elm fəlsəfəsinin, o cümlədən kitabxanaşünaslıq fəlsəfəsinin hələ çox əvvəllərdən tədqiq olunmasına, bu sahədə ciddi elmi əsərlər yazılmasına, kitabxana işi nəzəriyyəsinin və praktikasının müxtəlif sahələrində tətbiq edilməsinə baxmayaraq bu mühüm problemin Azərbaycan elmində yalnız müstəqillik illərində dərindən öyrənilməsinə başlanılıb. Elmin fəlsəfəsinin fəlsəfə ilə elm arasında zəruri əlaqə formalarından biri kimi onların qarşılıqlı inteqrasiyasına və zənginləşməsinə xidmət etdiyini vurğulayan tədqiqatçı kitabxanaşünaslıq sahəsində bu istiqamətdə ciddi araşdırmaların professor Abuzər Xələfov tərəfindən aparıldığını diqqətə çatdırıb.
Sonra məruzə ətrafında müzakirələr aparılıb. Dekan müavinləri Mehmanəli Məmmədov, Zahidə Rzayeva, kafedra müdirləri Nadir İsmayılov, Knyaz Aslan, dosentlər Nigar İsmayılova və Pərviz Kazımi məruzə ilə bağlı fikirlərini bildiriblər.
Tehsil-press.az