Bakıda tikintisi yarımçıq qalmış parklanma yerinin ərazisinə toplaşan insanların mütəmadi olaraq narkotik qəbul etdiyi iddia olunur.
Yasamal rayonu, Zivərbəy Əhmədov 10 ünvanında yerləşən tikilinin yaxınlığındakı köşkdə yaşayan və tüfeyli həyat tərzi keçirən şəxsin yanına tez-tez müxtəlif adamlar gəlir. Sakinlərin iddiasına əsasən, artıq həmin şəxslər özləri ilə uşaqlarını da gətirirlər.
Ora toplaşanların həmin yerdən narkotiki satmaq məqsədilə istifadə etməyi, narkotik alverçilərinin yuvasına çevrildiyi də istisna deyil.
İyirmiyə yaxın bina sakininin imzaladığı və Bakı Şəhər Baş Polis İdarəsinə ünvanlanan müraciətdə qeyd edilib ki, tikilinin ətrafının hasarlanmasına baxmayaraq, onun daxili tamamilə nəzarətsizdir: “Belə ki, ərazi mühafizə olunmur və istənilən şəxs hasarlanmış əraziyə heç bir maneə olmadan içəri daxil olur. Bu şəraitdən istifadə edən bəzi şəxslər artıq 3-4 ilə yaxın müddətdir ki, hasarlanmış tikilinin içərisinə daxil olaraq, həmin ərazidə dəmir konstruksiyadan düzəldilmiş konteynerdə narkotik maddələri qəbul etməklə məşğuldur. Bununla yanaşı, son dövrlərdə həmin əraziyə daxil olan yetkin şəxslərlə bərabər azyaşlı uşaqlar da tikinti aparılan sahəyə daxil olaraq bu şəxslərin pis əməllərinə şahid olurlar".
Tehsil-press.az