Vətəndaşların təhsili və məşğulluğu istiqamətində görülən işlər müzakirə olunub

Vətəndaşların təhsili və məşğulluğu istiqamətində görülən işlər müzakirə olunub Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Orucov Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli ilə görüşüb.
Görüşdə vətəndaşların təhsili və məşğulluğu arasında əlaqənin gücləndirilməsi istiqamətində görülən işlər barədə müzakirə aparılıb. Mustafa Abbasbəyli aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişəndirilməsi məqsədilə görülən işlər barədə ətraflı məlumat verib. Eldar Orucov təhsildə keyfiyyətin təminatı sahəsində aparılan islahatların əmək bazarının tələblərini nəzərə almaqla müəyyənləşdirildiyini vurğulayıb.
Görüşdə əmək bazarında işəgötürənlərin tələblərinə uyğun keyfiyyətli, peşəkar kadrların hazırlanması, işsiz və iş axtaran şəxslər barədə real mənzərəni əks etdirən və daim yenilənən məlumat bazasının formalaşdırılması, qurumlararası məlumat mübadiləsinin aparılması, təhsil proqramlarının keyfiyyətinin daha da artırılması, qeyri-formal və informal yolla əldə olunmuş bacarıqların tanınması istiqamətində əməkdaşlıq barədə müzakirələr aparılıb.

Tehsil-press.az



Oxşar xəbərlər