Bakı Ali Neft Məktəbinə müsabiqədənkənar 21 tələbə qəbul edilib

Bakı Ali Neft Məktəbinə müsabiqədənkənar 21 tələbə qəbul edilib 2021-2022-ci tədris ili üçün Bakı Ali Neft Məktəbinə (BANM) müsabiqədənkənar 21 tələbə qəbul edilib.
Onlar müxtəlif fənn olimpiadalarının qalibləridir. BANM-ə müsabiqədənkənar qəbul edilən tələbələrdən 11 nəfər informasiya təhlükəsizliyi, 5-i kompüter mühəndisliyi, 3-ü kimya mühəndisliyi, 2-si isə proseslərin avtomatlaşdırılması ixtisaslarında təhsil alır.

Tehsil-press.az


Oxşar xəbərlər