İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd Əbdülsalam Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) qonağı olub.
Aİİ-nin rektoru dosent Aqil Şirinov qonağa ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. O, Aİİ-nin fəaliyyəti, ölkədaxili və xarici əlaqələri, ölkəmizin multikultural və tolerantlıq ənənələrinin təbliğindəki rolu və gələcək hədəflərindən bəhs edib.
Azərbaycan Respublikasında mədəniyyətlərarası, dinlərarası, həmçinin millətlərarası əlaqələrin inkişafına böyük əhəmiyyət verildiyini qeyd edən A.Şirinov ermənilərin işğal dövründə məscidlərimizdə və digər mədəniyyət ocaqlarında törətdikləri vəhşiliklərdən, erməni vandalizmindən danışıb. Ermənilərin işğal dövründə Azərbaycan ərazilərindəki məscidlərdən tövlə kimi istifadə etmələri faktını qonağın diqqətinə çatdıran A.Şirinov ölkəmizdə bütün dinlərə göstərilən yüksək dövlət qayğısından bəhs edib.
İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd Əbdülsalam isə ölkəmizdə səfərdə olmasından, mədəniyyətlərarası münasibətlərin inkişafı üçün yaradılmış əlverişli şəraitlə tanışlıqdan məmnun olduğunu ifadə edib.
Məhəmməd Əbdülsalam İnsan Qardaşlığı Ali Komitəsinin təsis edilməsi, onun səmərəli fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında məlumat verib. O bildirib ki, dinlər və mədəniyyətlər arasında qarşılıqlı hörmət, dinc yaşayış, ümumbəşəri qardaşlıq ideyalarını, müştərək bəşəri dəyərləri təşviq və təbliğ etmək məqsədi daşıyan İnsan Qardaşlığı Ali Komitəsi qarşıya qoyulan hədəfə nail olmaq üçün müxtəlif layihələrin həyata keçirilməsinə səy göstərir.
Azərbaycan İlahiyyat İnstitutu və İnsan Qardaşlığı Ali Komitəsinin səlahiyyətli nümayəndələri arasında baş tutan görüş mədəniyyətlərarası, dinlərarası əlaqələrin inkişafına töhfə vermək istiqamətində müvafiq qaydada birgə əməkdaşlıq haqqında ilkin razılıqların əldə edilməsi ilə yekunlaşıb.
Görüşün sonunda A.Şirinov Azərbaycan İlahiyyat İnstitutu ilə əməkdaşlıq etdiyinə və onun inkişafına dəstək verməyə hazır olduğunu bildirdiyinə görə İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibinə təşəkkür edib və ona rəmzi hədiyyələr verib.
Məhəmməd Əbdülsalam səmimi münasibətə, qonaqpərvərliyə və faydalı fikir mübadiləsinə görə təşəkkürünü bildirib, İnsan Qardaşlığı Sənədinin bir nüsxəsini və bu mövzuya həsr etdiyi kitabı rektora təqdim edib.
Tehsil-press.az