Azərbaycan İlahiyyat İnstitutu ilə Yozqat Bozok Universiteti arasında əməkdaşlığa dair müzakirələr aparılıb

Azərbaycan İlahiyyat İnstitutu ilə Yozqat Bozok Universiteti arasında əməkdaşlığa dair müzakirələr aparılıb Yozqat Bozok Universitetinin rektoru professor Ahmet Karadağ Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub.
Görüşdə Aİİ-nin rektoru, dosent Aqil Şirinov rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti haqqında məlumat verib. O, Aİİ-nin beynəlxalq əlaqələrinin genişləndirilməsinə böyük önəm verildiyini vurğulayıb. Qeyd edilib ki, institut dünyanın bir çox ölkəsinin müvafiq sahə üzrə ixtisaslaşmış təhsil və tədqiqat müəssisələri ilə əməkdaşlıq etməkdə maraqlıdır.
A.Şirinov institutun tədris sahəsində təcrübə qazanmasında əməkdaşlığın önəmli olduğunu söyləyib. Rektor elmi-tədqiqat işlərinin aparılmasının, birgə layihələrin reallaşdırılmasının, professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin, tələbə mübadiləsinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Yozqat Bozok Universitetinin rektoru professor Ahmet Karadağ ali məktəblər arasında əlaqələrin təhsilin inkişafına töhfə verdiyini bildirib.
Professor 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü siyasət, şanlı Azərbaycan Ordusunun igidliyi nəticəsində qazanılan Böyük Qələbənin əhəmiyyətini vurğulayıb.
Sonra təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin qurulması barədə müzakirələr aparılıb.

Tehsil-press.az



Oxşar xəbərlər