“Koçaryan ruslara erməni dövlətçiliyini öldürməyə imkan verən heyvandır”

“Koçaryan ruslara erməni dövlətçiliyini öldürməyə imkan verən heyvandır” “Robert Koçaryan – “Troya atı” və ya başqa heyvandır ki, onun vasitəsilə Rusiya DTK-sı erməni qalasına daxil olub və erməni dövlətçiliyini öldürüb”.
Bunu Feysbuk səhifəsində Ermənistan Avropa Partiyasının rəhbəri, Ermənistan Milli Demokratik Qütb Şurasının üzvü Tiqran Xzmalyan yazıb.
“Bu “Troya atı”nın və ya digər heyvanın adı soyadı var və onun vasitəsilə Rusiya DTK-sı erməni qalasına girərək erməni dövlətçiliyini öldürdü. Onun adı Robert Koçaryandır. Təbii ki, onun üzünə qapı açan və işini davam etdirən tərəfdaşları var idi, lakin Ermənistan Respublikasının 2-ci prezidenti tarix üçün xain, qatil və oğru timsalında birləşərək analoqsuz qalacaq”, - deyə siyasətçi yazıb.

Tehsil-press.az


Oxşar xəbərlər