Böyük Britaniyanın Kembric Universitetində Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri professor Rəhilə Qeybullayevanın növbəti açıq mühazırəsi keçirilib.
Budəfəki mövzu “Ortaq mədəni keçmişin müasir meyarları: Azərbaycan ədəbiyyatı nümunəsində” (Modern criteria for the shared cultural past: Azerbaijani Literature and beyond) iki istiqaməti gündəmə gətirib. Birinci istiqamət daha çox müasir siyasi kataklizmlərlə bağlıdırsa, ikinci istiqamət daha çox tərcümə nəzəriyyəsi ilə bağlı olaraq orta əsrlərdən əvvəlki terminlərin müasir dövrdə dəyişən tərcümələrinə həsr olunub.
Mühazirədə “kitab” sözünün müasir dövrdə interpretasiyası nümunəsində mədəniyyət tarixi kontekstində tərcümə problemi və mədəniyyət paradiqmaları yeni kontekstdə nəzərdən keçirilir, sözün ifadə etdiyi mənanın fərqli tarixi dövrlərdə müxtəlif xalqlar arasında yenidən dərketmə mərhələləri dəyərləndirilir. Qeyd edilir ki, sözlərin tərcüməsi zaman keçdikcə əvvəlki mənaları, hətta sabit (yazı) variantları dəyişir, beləliklə, yazıldığı dövrün mənası deformasiyaya uğrayır. Məsələn, XVI əsrdə yazıya alınmış “Kitabi-Dədə Qorqud” dastanının Drezden əlyazmasının üz qabığında qeyd olunan “kitab” termini orta əsrlərdən əvvəl mövcud olan janr adları, iudaizmin Tanax kitabının hökmdarların həyatından danışan üçüncü hissəsi olan “Ketubim” ilə eynidir, onun müasir tərcümələrində isə bu, daha qədim mədəniyyət qatını unudub, orta əsrlərlə bağlı ədəbiyyatşünaslıqda ərəb-fars etimologiyası ilə əlaqələndirilir. Eyni janr adı yeni siyasi-mədəni müstəvidə fərqli adlarla tərcümə olunur və yeni semiotik qrup (semiosfera) formalaşdırır: Ketubim-writing-hagiografiya-yazı-kitab.
Azərbaycanlı alimin hibrid formada (oflayn və onlayn) keçirilən budəfəki mühazirəsi həm Kembric Universitetinin Kembric Mərkəzi Asiya Forumu (Cambridge Central Asia Forum) ixtisası üzrə təhsil alan tələbə və aspirantlarına ünvanlanıb, həm də mövzu ilə maraqlananlar üçün internetdə yayımlanıb.
Tehsil-press.az