Böyük Britaniyanın Kembric və Kent universitetlərinin birgə xəbər bülletenin iyul sayında həmin universitetlərin COMPASS layihəsi çərçivəsində keçirilən tədbirlər sırasına Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayevanın “Müasir azərbaycanlılar və riayət edilməli qaydalar orta əsrlər eposu aynasında ” adlı açıq mühazirəsi dərin və əhatəli kimi dəyərləndirilib. https://research.kent.ac.uk/gcrf-compass/wp-content/uploads/sites/169/2018/07/GCRF-COMPASS-NEWSLETTER-Issue-2.pdf
Kembric Universitetinin Orta Asiya və İnkişaf Edən Ölkələr bölümünün dəvəti ilə baş tutan, alimin son illərdə apardığı araşdırmalara əsaslanan mühazirədə toxunulan problemlər Azərbaycan folklorunun şah əsəri “Kitabi-Dədə Qorqud” dastanının mətninə istinadən şərh olunub.
Qeyd edək ki, professor Rəhilə Qeybullayevanın dünyanın bir sıra nüfuzlu universitetlərində Azərbaycan ədəbiyyatı, ümumilikdə mədəniyyəti ilə bağlı oxuduğu mühazirələr daim maraqla qarşılanır.
Tehsil-press.az