Tələbələr üçün “Çoxfunksiyalı komplekslərin memarlığının inkişaf tendensiyaları” mövzusunda virtual görüş

Tələbələr üçün “Çoxfunksiyalı komplekslərin memarlığının inkişaf tendensiyaları” mövzusunda virtual görüş Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elektron kitabxana şöbəsinin təşəbbüsü ilə memarlıq üzrə fəlsəfə doktoru Fidan Mustafayevanın hazırladığı “Çoxfunksiyalı komplekslərin memarlığının inkişaf tendensiyaları” mövzusunda məruzəsi üzrə virtual görüş keçirilib.
F.Mustafayeva çıxışında vurğulayıb ki, müasir dövrdə çoxfunksiyalı komplekslərin inkişaf tendensiyası aktiv sikl dövrünü keçirir, layihəçilər alternativ enerji mənbələri və torpaq resurslarından səmərəli istifadəni ən önəmli faktor olaraq görür. Son dövrlərdə şəhərlərin ekoloji vəziyyəti diqqət cəlb edir və memarlar çoxfunksiyalı komplekslərin layihələrində yaşıllıq örtüyü elementlərini də nəzərə alır.
Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova mövzunun müasir dövr üçün aktual olduğunu bildirib.
Sonra məruzəçi tələbələrin suallarını cavablandırıb.

Tehsil-press.az


Oxşar xəbərlər