Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “XXI əsr və tarixi islam şəhərləri” mövzusunda II beynəlxalq konfrans keçirilib.
Əvvəlcə konfrans iştirakçıları universitetin sərgi salonunda təsviri incəsənət kafedrasının müdiri, professor, Əməkdar İncəsənət Xadimi Elturan Avalovun fərdi yaradıcılıq sərgisi ilə tanış olublar. Sərgidə professorun qrafika üslubunda Bakı, Gəncə, Naxçıvan və Şuşa şəhərlərinin tarixi yerləri ilə bağlı çəkdiyi rəsmləri nümayiş olunub.
AzMİU-nun memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova qeyd edib ki, konfransa müasir şəhərlərin inkişafının regional problemləri, alternativ enerji, ətraf mühit və şəhərsalma mövzularında 53 məqalə təqdim olunub. Bir çox ölkələrin nümayəndələri isə konfransa online şəkildə qatılacaqlar.
Tədris işləri üzrə prorektor Akif Qasımov universitetin rektoru, professor Gülçöhrə Məmmədovanın adından konfrans iştirakçılarını salamlayıb. Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri, professor Elbay Qasımzadə konfransın əhəmiyyətini vurğulayıb. Alim çıxışında İslam fəlsəfəsınin Azərbaycan memarlığına qazandırdığı qədim memarlıq abidələrini nümunə gətirib.
Plenar iclasda universitetin professoru Fəqan Əliyevin “Azərbaycan memarlığında davamlı enerji iqtisadiyyatı” və dosent Emir Hüseynovun “Azərbaycanda turizmin davamlı inkişafının məqsədi” mövzularında məruzələri dinlənilib.
Konfrans öz işini bölmələrdə davam etdirib.

AzMİU-nun Mətbuat Xidməti