Memarlıq fakültəsinin tələbələri üçün onlayn seminar

Memarlıq fakültəsinin tələbələri üçün onlayn seminar Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) məzunu, hazırda Berlin Texniki Universitetində çalışan Teymur Osmanov tələbələr üçün onlayn seminar keçirib.
“Memarlar üçün portfolio” mövzusunda seminara Memarlıq fakültəsinin 80-ə yaxın tələbəsi qoşulub.
Moderator seminarda gənc memarlara işə düzələrkən portfoliolarında (iş qovluğu) hansı sənədlərə üstünlük verməyin yollarını göstərib. T.Osmanov həmin sənədləri toplayarkən daha çox əmək bazarının tələblərinə uyğun olanlara üstünlük verməyin vacibliyini vurğulayıb. O, tələbələrə karyera qurmaq istiqamətində dəyərli məsləhətlər də verib. Seminarda tələbələrin sualları cavablandırılıb, maraqlı fikir mübadiləsi aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər