Ermənistan yüksək vəzifəli məmurların həbs müddətini uzatmaq istəyir

Ermənistan yüksək vəzifəli məmurların həbs müddətini uzatmaq istəyir Ermənistanın istintaq strukturları bəzi keçmiş və cari yüksək vəzifəli məmurların həbs müddətini uzatmaq niyyətindədir.
Burada əsas olaraq söhbət ölkənin keçmiş müdafiə naziri David Tonoyan və Silahlı Qüvvələrin Baş Qərargahının sədrinin müavini Stepan Qalstyandan gedir.
Tonoyan və Qalstyan iki ay müddətinə həbs olunmuşdular və tezliklə onların həbs müddəti bitir.
Qəzet yazır ki, Ermənistanın hüquq-mühafizə orqanları Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası ilə bağlı sənəd imzalanana qədər nəyin bahasına olursa-olsun onları dəmir barmaqlıqlar arxasında saxlamağa çalışırlar. Qəzet iddia edir ki, ölkə rəhbərliyi bununla erməni ictimaiyyətinin diqqətini Azərbaycanla bağlı proseslərdən yayındırmağa çalışır.
Xatırladaq ki, Tonoyanla Qalstyan iki ay müddətinə, müvafiq olaraq sentyabr və oktyabr aylarında həbs ediliblər. Onlar istifadəyə yararsız aviasiya raketlərinin alınması ilə bağlı cinayət işi üzrə həbs ediliblər və istintaq hər ikisini 4,5 milyon dollar həcmində vəsaiti mənimsəməkdə ittiham edir. Təqsirləndirilən şəxslər isə ittihamı qəbul etmirlər.

Tehsil-press.az

Oxşar xəbərlər