Birinci ixtisas qrupu üzrə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri müzakirə olunub

Birinci ixtisas qrupu üzrə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri müzakirə olunub Dövlət İmtahan Mərkəzində (DİM) kimya fənni üzrə işçi qrupunun iclası keçirilib.
İclasda I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri müzakirə olunub.
İmtahan modelində nəzəri biliklərin tətbiqinə yönəlmiş, məntiqi düşünməyə əsaslanan, səbəb-nəticə əlaqələri üzərində qurulan sxem, qrafik, cədvəl formalı tapşırıqlara üstünlük verilib. Həmçinin Eyler-Venn diaqramı və klasterdən istifadə edilib.
İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.
Qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri “Abituriyent” jurnalının 1-ci sayında dərc ediləcək.
İşçi qrupunun növbəti iclası noyabrın 30-da olacaq.

Tehsil-press.az


Oxşar xəbərlər