Dövlət İmtahan Mərkəzində Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.
İclasların gündəlik məsələləri Azərbaycan dili və ingilis dili fənləri üzrə 9 illik və 11 illik təhsil bazalarında buraxılış imtahanı modelləri üçün tapşırıq nümunələrinin elmi-metodik baxımdan müzakirəsi olub.
Müzakirəyə təqdim olunan hər bir tapşırıq mövzu, mürəkkəblik dərəcəsi, hansı altstandart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından təhlil edilib. İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.
Noyabrın 30-da müzakirələr davam etdiriləcək.
Tehsil-press.az