Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Rusiya Federasiyasının ilk İslam Akademiyası olan Bolqar İslam Akademiyası arasında birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılması sahəsində Əməkdaşlıq Protokolu imzalanıb.
Sənədi Aİİ-nin rektoru Ceyhun Məmmədov və Bolqar İslam Akademiyasının rektoru Daniyar Abdurrahmanov imzalayıblar.
Protokolda hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması; birgə layihələrin reallaşdırılması; professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.
Sənəddə tədris metodu üzrə elmi məlumatların qarşılıqlı ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı bilikərin bölüşdürülməsi, universitetlərin alim və mütəxəssislərinin iştirakı ilə konfransların keçirilməsi, tələbə mübadiləsi və digər məsələlər yer alıb.
Qeyd edək ki, Aİİ xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verir. Ali təhsil müəssisəsinin hədəfi tədrisin müasir tələblər səviyyəsində qurulması məqsədilə dünyanın digər qabaqcıl universitetləri ilə yanaşı, Rusiya ali məktəblərinin təcrübəsindən yararlanmaq, tələbə mübadiləsi aparmaq, həmçinin ali məktəblər arasında əlaqələrin genişləndirilməsidir.
Azərbaycan İlahiyyat İnstitutu ötən dövr ərzində müxtəlif ölkələrin universitetləri ilə əlaqələr yaradıb. Türkiyənin Ankara, İstanbul, Marmara, 29 Mayıs, Kırıkkale universitetləri, Rusiyanın Moskva İslam İnstitutu, Omsk Dövlət Universiteti, Özbəkistan Beynəlxalq İslam Akademiyası ilə əməkdaşlıq protokolları imzalayıb.

Aİİ-nin Mətbuat Xidməti