Azərbaycan Texniki Universiteti (AzTU) və “Atena” MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləni rektor Vilayət Vəliyev və şirkətin qanuni təmsilçisi Ceyhun Bəxtiyarlı imzalayıb.
Müqaviləyə əsasən, tərəflər müştərək layihələrin icrası, elmi-texniki informasiya mübadiləsinin həyata keçirilməsi, gənc kadrların fərdi inkişafı, motivasiya xarakterli tədbirlərin təşkili, əmək bazarının tələblərinə uyğun müasir düşüncəli, mütərəqqi texnologiyaların tətbiqini mənimsəyən mütəxəssislərin hazırlanmasına kömək məqsədilə əməkdaşlıq edəcək. Əməkdaşlıq çərçivəsində AzTU tələbələrinin şirkətdə istehsalat və elmi-tədqiqat təcrübələrinə cəlb edilməsi təmin olunacaq. Tərəflər arasında birgə elmi-nəzəri və ustad dərslərinin keçirilməsi də nəzərdə tutulur.
Tehsil-press.az