Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Dövlət Miqrasiya Xidmətinin dövlət qulluqçularından ibarət əməkdaşları üçün “Azərbaycanda kulturologiya və yüksək mədəniyyətin inkişafı” mövzusunda onlayn təlim keçirilib.
Dinləyicilər qarşısında Tarix kafedrasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, kulturoloq Fuad Məmmədov çıxış edib.
Təlimin əsas məqsədi Azərbaycanda kulturologiya və yüksək mədəniyyətin inkişafı haqqında dinləyicilərə məlumat vermək olub.
Professor F.Məmmədov qeyd edib ki, mədəniyyət elmi nöqteyi-nəzərdən insanın ağlı və qəlbi nəticəsində yarananların hamısıdır.
Eyni zamanda, alim müasir dünya dövlətlərinin kulturoloji dəyərlərinin müqayisəsi, insanın bacarıqları və qabiliyyəti, biliyi və peşəkarlığı, insani keyfiyyətləri, konkret əməyin konkret nəticələri və bəşəriyyət qarşısında xidmətləri və s. kimi əhəmiyyətli məsələlərə toxunub.
Təlimdə qeyd olunub ki, mədəniyyətin özü yaradıcı bir prosesdir. Azərbaycan Respublikasının məqsədi yüksək mədəniyyətli insanların formalaşmasına nail olmaq, insan potensialını inkişaf etdirməkdir.
Sonra geniş fikir mübadiləsi aparılıb.
Tehsil-press.az