İnnovativ layihələrin kommersiyalaşdırılmasına dair müzakirələr aparılıb

İnnovativ layihələrin kommersiyalaşdırılmasına dair müzakirələr aparılıb Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov Kimya Elmləri Bölməsinin (KEB) akademik-katibi vəzifəsini icra edən, akademik Vaqif Fərzəliyevlə görüşüb.
Məqsəd bölmənin tabeliyində olan institutlarda fəaliyyət göstərən əməkdaşların müəllifləri olduqları innovativ layihələrin müzakirəsi və həmin layihələrin gələcəkdə kommersiyalaşdırılması istiqamətində təkliflərin hazırlanması olub.
Görüşdə KEB alimlərinin prioritet istiqamətlər üzrə innovativ layihələri ətrafinda fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər