Memarlıq və İnşaat Universiteti beynəlxalq əlaqələrini genişləndirir

Memarlıq və İnşaat Universiteti beynəlxalq əlaqələrini genişləndirir Böyük Britaniyanın təhsil sahəsində məsləhət xidməti təqdim edən nüfuzlu “Cormack” şirkətinin Mərkəzi və Şərqi Avropa, Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Gintaras Steponaviçius Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.
Tədris işləri üzə prorektor Akif Qasımov qonağa universitetin profili, strukturu, maddi-texniki bazası, tədris prosesi haqqında məlumat verib. Beynəlxalq əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva isə AzMİU-nun beynəlxalq əlaqələrinin inkişafının ali təhsil müəssisəsinin beynəlmiləlləşməsinə və təhsilin keyfiyyətinə təsiri məsələlərinə toxunub.
Gintaras Steponaviçius təmsil etdiyi şirkətin əsas fəaliyyət istiqamətləri, AzMİU və ümumilikdə Azərbaycan ali təhsil müəssisələri ilə maraqlı olduqları sahələr üzrə birgə fəaliyyət planları haqqında məlumat verib. Qonaq gələcəkdə AzMİU-nun Avropanın nüfuzlu universitetləri ilə ikili diplom proqramlarının inkişaf etdirilməsi, müəllim-tələbə mübadiləsinin artırılması sahələrində əməkdaşlıq niyyətini və lazımi kömək göstərəcəyini vurğulayıb. O, görüşün hər iki tərəf üçün faydalı əməkdaşlığın yaranmasının başlanğıcı olduğuna əminliyini ifadə edib.
Qeyd edək ki, Gintaras Steponaviçius Litva parlamentinin keçmiş nümayəndəsi və təhsil naziri olub. Onun təmsil olunduğu şirkət əsasən Britaniya və Amerikanın nüfuzlu universitetləri ilə əməkdaşlıq edir.

Tehsil-press.az


Oxşar xəbərlər