Azərbaycan Dillər Universiteti (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Kifayət Ağayevanın “Skandinaviya ölkələrində gender məsələləri” kitabının təqdimatı keçirilib.
Tədbirdə həmin kafedranın müdiri dosent Sevdagül Əliyeva kitab haqqında məlumat verib. O, Kifayət Ağayevanın gender məsələləri üzrə respublikanın aparıcı alimlərindən biri olduğunu və onun bu sahədə 6 kitab yazdığını qeyd edib.
Universitetin elmi işlər üzrə prorektoru professor Novruz Məmmədov Fransa və Britaniyada qadınlara hüquqların verilməsinin tarixindən danışıb. O, eyni zamanda, Azərbaycanda gender məsələlərinin sıx tədqiq olunmasından söz açıb, aparılan elmi araşdırmaların müsbət nəticələrinin tətbiq olunması yollarını axtarmağın vacibliyini bildirib.
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri dosent Qorxmaz Mustafayev Azərbaycanda gender məsələlərinin tətbiqi zamanı milli xüsusiyyətlərin nəzərə alınması şərtinin vacibliyindən söz açıb.
Beynəlxalq münasibətlər kafedrasının müdiri professor Aidə Yusifzadə Azərbaycanda qadınların erkən dövrdə seçki hüququ almasından danışıb, bu mövzuda digər ölkələrlə müqayisəli fikirlər səsləndirib. Professor Əli Məmmədov isə Norveç cəmiyyətinin multikulturalizmə münasibətindən bəhs edib.
Regionşünaslıq kafedrasının baş müəllimi Vüsalə Əfəndiyeva qadın hüquqlarının inkişafı, XIX əsrdə qadınların vəziyyəti, feminizm, “Hisslərin deklarasiyası” və müxtəlif ölkələrdə qadınlara səsvermə hüququnun verilməsi prosesi haqqında məlumat verib. Kafedranın digər müəllimi Orxan Nəbiyev isə qadınların hüquq və azadlıqlarını onların iqtisadi cəhətdən müstəqil olması ilə əlaqələndirib.
Təqdimatın sonunda tələbə Nərminə Qasımova “Norveçdə Qadın Hüquqları Assosiasiyası” barədə slayd nümayiş etdirib.
Tehsil-press.az