ADU-nun kollektivi şəhid Elvin Bayramovun anım günündə iştirak edib

ADU-nun kollektivi şəhid Elvin Bayramovun anım günündə iştirak edib 44 günlük Vətən müharibəsində Azərbaycan Dillər Universitetinin (ADU) 3 məzunu şəhid olub. Onlardan biri - Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin məzunu olan Elvin Bayramovun anım mərasimi keçirilib.
Bununla bağlı Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı professor İbrahim Kazımbəyli, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri Qorxmaz Mustafayev, Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri Əmralı Şirəliyev, dosent Ələddin Əliyev və tələbələr Biləcəri Şəhidlər xiyabanında olublar.
Tədbirdə professor İbrahim Kazımbəyli Elvinin tələbəlik illərindən danışıb.

Tehsil-press.az


Oxşar xəbərlər