Təhsil naziri: Distant təhsil ənənəvi təhsili tam əvəz edə bilmir

Təhsil naziri: Distant təhsil ənənəvi təhsili tam əvəz edə bilmir Azərbaycan təhsil sistemi distant təhsildən həm müsbət, həm də mənfi mənada çox şey öyrəndi. Distant təhsillə öyrənməni qismən təmin etmək olur. Amma pandemiya zamanı təcrübə göstərdi ki, distant təhsil ənənəvi təhsili tam əvəz edə bilmir.
bunu təhsil naziri Emin Əmrullayev dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan UNEC İqtisadi Forumu-2021-də çıxışı zamanı deyib.
O bildirib ki, distant təhsil öyrənməni tam təmin edə bilmir. Təhsilin qiymətləndirilməsi mexanizmləri yoxdur. Təhsildə keyfiyyətə nəzarət mexanizmlərinin olması labüddür.

Tehsil-press.az


Oxşar xəbərlər