Türkiyənin Bursa şəhərində yerləşən 4 peşə təhsil müəssisəsini və Bursa Təhsil İdarəsini təmsil edən nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.
Türkiyə təhsil rəsmiləri Bərdə Peşə Liseyində olub.
Səfər çərçivəsində iki ölkə arasında peşə təhsili səviyyəsində əməkdaşlığın artırılması istiqamətində Bursa Həmidiyə Texniki Anadolu Peşə Liseyi ilə Bərdə Peşə Liseyi, həmçinin Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi arasında qardaşlıq sazişləri imzalanıb. Tərəflər qarşılıqlı əməkdaşlığın uğurlu təcrübə mübadiləsinin təmin olunmasında, dövrün tələblərinə cavab verən və əmək bazarına uyğunlaşan mütəxəssislərin hazırlanmasında faydalı olacağını qeyd ediblər. Həm Bərdə Peşə Liseyi, həm də Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktorları çıxışlarında əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər. Səfərin iki ölkənin peşə təhsil sisteminə töhfə verəcəyindən əminliklərini vurğulayıblar.
Daha sonra Bərdə Peşə Liseyinə infotur təşkil edilib. Təqdimat zamanı qonaqlar liseydə yaradılan şəraitlə yaxından tanış olublar. Tədris binası, yataqxana, emalatxana və laboratoriya korpusu, texnikaların saxlanması üçün 3 korpusdan ibarət qaraj və digər köməkçi binalarda yaradılmış şəraiti yaxından izləyiblər. Bildirilib ki, yenidən qurulan Bərdə Peşə Liseyi beynəlxalq standartlara cavab verən maddi-texniki baza ilə təchiz olunub.
Qeyd edək ki, səfərin məqsədi iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlıq perspektivlərinin genişləndirilməsi, qardaşlıq sazişlərinin imzalanması, təhsilalanlar və pedaqoji heyət üçün təcrübə mübadiləsinin təşkili, həmçinin tədris proseslərinin səmərəliliyinin artırılmasıdır.
Tehsil-press.az