“Rusiyaya qarşı başqa ssenarilərə hazırlaşırıq” - Aİ

“Rusiyaya qarşı başqa ssenarilərə hazırlaşırıq” - Aİ Strasburqda Avropa Parlamentinin (AP) Baş Assambleyasında Rusiyanın Ukrayna sərhədi yaxınlığındakı hərbi birləşmələri ilə bağlı iclas keçirilib.
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell AP deputatlarına müraciət edib.
Aİ-nin keçən aydan bəri müşahidə edilən qeyri-adi hərbi konsentrasiya qarşısında Ukraynanı dəstəkləməyə davam etdiyi vurğulanıb.
Borrell bildirib ki, Rusiya öz sərhədlərində baş verənləri normal bir vəziyyət kimi qələmə verir. O, Aİ-nin dünən sanksiya qərarı verdiyi Vaqner Qrupunun Rusiyaya görə özəl təhlükəsizlik şirkəti olduğunu söyləyib.
Borrell əlavə edib ki, mövcud problemin həlli ilə bağlı Rusiyaya qarşı başqa ssenarilərə hazırlaşırlar.

Tehsil-press.az



Oxşar xəbərlər