“Azərbaycanda bioloji müdafiə və bioloji nəzarətə çoxsahəli yanaşmaların gücləndirilməsi” mövzusunda onlayn seminar başa çatıb.
Tədbirin ikinci günündə Azərbaycanda yeni yoluxucu xəstəlik riskləri, onlara təsir edən potensial amillər, risklərin xəritələşdirilməsi, azaldılması üçün görülməsi vacib olan tədbirlər, beynəlxalq və milli təcrübələr kimi məsələlər müzakirə olunub və müvafiq sənədlər hazırlanıb.
“EcoHealth Alliance” təşkilatının vitse-prezidenti Kevin Olival və Zoologiya İnstitutunun doktorantı Nicat Həsənovun moderatorluğu ilə aparılan müzakirələrdə Azərbaycanın müxtəlif əlaqədar qurumlarının nümayəndələri, elmi tədqiqat və təhsil müəssisələrinin rəhbər, alim və mütəxəssisləri fəal iştirak ediblər.
Tədbirə yekun vuran AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova iki gün ərzində seminarda dinlənilmiş məruzələrin və aparılmış müzakirələrin çox faydalı olduğunu vurğulayıb. İradə Hüseynova Azərbaycanda biotəhlükəsizliyin konseptual əsaslarının, eləcə də risk amillərinin qiymətləndirilməsi və monitorinqi sisteminin işlənib-hazırlanmasının və tətbiq edilməsinin təxirəsalınmaz səciyyə daşıdığını bildirib. Qeyd edib ki, bunun üçün bir sıra elmi və elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, məqsədyönlü, kompleks multidisiplinar tədqiqatların aparılması, aparıcı dövlətlərin təcrübəsinin öyrənilməsi, hüquqi, normativ, metodoloji və terminoloji bazanın yaradılması vacibdir. Bu baxımdan da seminarda aparılmış diskussiyalar, fikir mübadilələri vahid konsepsiyanın ayrı-ayrı detallarının işlənilməsi, cilalanması və təməl məqsədlərin müəyyənləşdirilməsi baxımından faydalı olub. Ümumi biotəhlükəsizlik mənzərəsində 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycanın möhtəşəm Qələbəsi sayəsində hazırda Cənubi Qafqazda yaranmış mövcud əlverişli geosiyasi və iqtisadi vəziyyətin də rolu mütləq nəzərə alınmalıdır. Akademik 30 ilə yaxın işğal altında qalmış torpaqlarda Ermənistan tərəfindən həyata keçirilmiş ekoloji terror, müəyyən təhlükəsizlik təhdidlərinin bu gün də davam etməsi, regiona elmin qayıdışı, aparılan monitorinqlər və bərpa tədbirləri haqqında iştirakçıları məlumatlandırıb. O, bütün aidiyyəti qurumların nümayəndələrinin cəlb olunması ilə bu cür və bundan daha geniş tərkibdə müvafiq tədbirlərin təşkilini dövrün tələbi adlandırıb.
Sonda akademik bu vacib tədbirin təşkilinə görə başda Kevin Olival olmaqla “EcoHealth Alliance” təşkilatına və bütün iştirakçılara təşəkkürünü bildirib.
Tehsil-press.az