AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının onlayn iclasında AMEA Rəyasət Heyətinin “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanaqlı inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında qərarı müzakirə olunub.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev son illər elm sahəsində islahatların aparılması istiqamətində akademiyanın və digər dövlət qurumlarının fəal iştirakı ilə mütəmadi olaraq müzakirələrin təşkil olunduğunu, müəyyən baxış, ideya və təkliflərin irəli sürüldüyünü deyib, onların toplanılması və sistemləşdirilməsinin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Alim bildirib ki, mürəkkəb şəraitdə - pandemiya dövründə fəaliyyət göstərməyimizə baxmayaraq ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə islahatlar yüksək sürətlə davam etdirilir, Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsi, maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə kompleks tədbirlər həyata keçirilir.
“Dünya dövlətlərinin əsas strateji resursu onların elmi-texniki potensialıdır”, - deyən akademik müasir dövrün çağırışları kontekstində elmin üzərinə çox ciddi vəzifələr qoyulduğunu qeyd edib. Elm, təhsil, texnologiya və innovasiya sahəsində məqsədyönlü islahatların aparılmasının dövlət siyasətinin tərkib hissəsi olduğunu söyləyıb.
Akademik iyulun 9-da AMEA-nın Rəyasət Heyətində elm sahəsində islahatlarla bağlı müzakirələrə yekun vurulduğunu bildirərək, bütün təkliflər və beynəlxalq təcrübə nəzərə alınmaqla, elmin inkişafına mane olan problem və məhdudiyyətlər aradan qaldırılmaqla elmin müasir dövrün çağırışlarına uyğun şəkildə təşkilinin, elmi-intellektual potensialın yenidən formalaşdırılmasının son dərəcə zəruri olduğunu deyib.
İnstitut direktoru bildirib ki, istedadlı gənclərin stimullaşdırılması, onların elmə cəlb edilməsi, cəmiyyətin elmə olan münasibətinin müsbət yöndə inkişaf etdirilməsi, elmi biliklərin populyarlaşdırılması və s. elmi islahatlar çərçivəsində həyata keçirilməsi vacib olan tədbirlərdir. Bununla yanaşı, alimlərin maddi vəziyyəti və sosial rifahının yaxşılaşdırılması, əməkhaqqı sisteminin təkmilləşdirilməsi, elmi strukturun optimallaşdırılması qarşıya qoyulan əsas vəzifələrdəndir.
Sonra akademik R.Əliquliyev “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanaqlı inkişafı üzrə Milli Strategiya”nın hazırlanmasında rəhbərlik etdiyi institutun əməkdaşlarının, alim və mütəxəssislərin fəal iştirakının zəruriliyindən danışıb.
“Artıq ölkədə elmin dayanıqlı inkişafı ilə bağlı milli strategiya hazırlanır. Bu, böyük bir layihə, ideya bankıdır”, - deyən AMEA-nın vitse-prezidenti, həmin siyasi-ideoloji sənədin ərsəyə gəlməsində institutun mövqeyinin yüksək səviyyədə ortaya qoyulmasının əhəmiyyətini vurğulayıb: “Elmi şuranın üzvləri, hər bir şöbə rəhbəri, eləcə də gənc doktorant və dissertantlar elmdə aparılan islahatlarla bağlı öz baxışlarını ortaya qoymalı, təkliflər verməli, dövlətin elm və texnologiya sahəsində siyasətinin formalaşmasında yaxından iştirak etməlidir”.
Tehsil-press.az