Dövlət İmtahan Mərkəzi (DİM) “Yaşat” Fondu ilə birgə Bərdə və Naxçıvan şəhərlərində 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin məktəbli övladlarının iştirakı ilə tədbir təşkil edib.
Bərdə rayon 3 nömrəli tam orta məktəbdə təşkil olunmuş tədbirdə DİM-in Bərdə regional bölməsinin müdiri Eltun Süleymanov, “YAŞAT” Fondunun nümayəndəsi Tural Yediyarov, ictimai fəal şəxslər və Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli, Laçın, Tərtər, Xocavənd və Yevlax rayonunun ümumtəhsil müəssisələrində təhsil alan şəhid övladlarının bir qismi iştirak edib.
Naxçıvan Dövlət Texniki Kollecində təşkil olunmuş tədbirdə isə DİM-in Naxçıvan regional bölməsinin müdiri Sabir Məmmədov, DİM-in Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərov, rayon təhsil şöbələrinin müdirləri və Şərur, Babək, Ordubad, Culfa, Kəngərli rayonu və Naxçıvan şəhərinin ümumtəhsil müəssisələrində təhsil alan şəhid övladları iştirak ediblər.
Tədbirlərdə noyabrın 4-də DİM ilə “YAŞAT” Fondu arasında əməkdaşlığa dair imzalanan memorandum iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, imzalanan memorandumun əsas məqsədi şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara dəstək vermək, onların təhsilinə, gələcək karyerasının planlaşdırılmasına və inkişafına əməli yardım göstərməkdir. Memorandumun fəaliyyət istiqamətlərindən və görülən işlər barədə məlumat verildikdən sonra iştirakçılara psixoloji dəstəyə, psixoloq fəaliyyətinə adekvat münasibətin formalaşmasına, psixoloji biliklər sahəsində dünyagörüşünün genişləndirilməsinə töhfə vermək və insanlara keyfiyyətli psixoloji dəstək xidmətləri göstərmək məqsədilə DİM tərəfindən yaradılan e-psixoloq.az saytı barəsində də məlumat verilib. Çıxışda saytın əsas fəaliyyət istiqamətləri olan onlayn konsultasiyalar, maarifləndirici materiallar, psixoloji testlər və peşələrin təsviri xidmətlərindən istifadə qaydaları izah edilib.
Tədbir iştirakçılarına Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunan müxtəlif dərs vəsaitləri hədiyyə olunub (ümumilikdə 704 ədəd). Həmçinin otk.az saytı vasitəsilə keçirilən sınaq imtahanlarına ödənişsiz kuponlar təqdim edilib. İştirakçılara verilən kuponların istifadə qaydaları və otk.az saytının “fənlər və siniflər üzrə sınaq imtahanları”, “IX və XI sinif şagirdləri üçün onlayn buraxılış imtahanları”, “interaktiv siniflər üzrə test kitabları”, “interaktiv test topluları” və digər xidmətləri haqqında məlumat verilib.
Qeyd edək ki, Bərdə və Naxçıvan şəhərlərində keçirilən tədbirlərə COVID-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlər nəzərə alınaraq müvafiq olaraq 50 və 25 məktəbli və onların valideynləri dəvət olunub. Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli, Laçın, Tərtər, Xocavənd və Yevlax rayonlarının məktəblərində təhsil alan, lakin pandemiya qaydalarına riayət etmək səbəbilə görüşə çağırılmayan 100 şəhid övladına da DİM tərəfindən nəşr olunan müxtəlif dərs vəsaitləri (ümumilikdə 631 ədəd) və otk.az saytı üçün ödənişsiz kuponlar çatdırılacaq.
Yaxın vaxtlarda DİM-in digər regional bölmələrində də analoji tədbirlər həyata keçiriləcək.
Tehsil-press.az