Azərbaycanın Macarıstandakı səfirliyində təcrübə keçmiş ADA Universitetinin tələbələrinə sertifikatlar verilib

Azərbaycanın Macarıstandakı səfirliyində təcrübə keçmiş ADA Universitetinin tələbələrinə sertifikatlar verilib Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində təcrübə keçmiş ADA Universitetinin 7 tələbəsi sertifikatlarla təltif olunub.
Sertifikatları tələbələrə təqdim edən səfir Tahir Tağızadə təcrübə müddətində göstərdikləri uğurlu nəticələrə görə onlara öz təşəkkürünü bildirib, sonrakı təhsil və peşəkar fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Daha sonra təcrübə proqramında iştirak etmiş tələbələr öz təəssüratlarını bölüşüb, yaradılmış imkana görə minnətdarlıqlarını ifadə edib və proqramın təkmilləşdirilməsi məqsədilə rəy və təkliflərini irəli sürüblər.

Tehsil-press.az


Oxşar xəbərlər