Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyi qeyd edilir. Bu gün universitetimizin tələbə və əməkdaşlarının hər biri üçün ən müqəddəs bir bayramdır.
Bunu universitetin 100 illik yubileyi mərasimində ADPU-nun prorektoru professor Mahirə Hüseynova müsahibəsində bildirib.
M.Hüseynova qeyd edib ki, şərəfli keçmişə, tarixi ənənələrə malik olan bu ali təhsil ocağının məzunları sırasında böyük alim və mütəfəkkirlər, siyasi xadimlər yer alıb. 1921-ci ildə cəmi 6 tələbə və 8 müəllimlə fəaliyyətə başlayan universitetimiz bu gün ölkənin ikinci böyük ali təhsil ocağına çevrilib.
“Biz öyrədənləri öyrədirik. Universitetimizin müəllimləri respublikanın təhsil ocaqlarında çalışmaq üçün müəllim hazırlayır. Bu, böyük bir missiyadır. Çalışırıq ki, bu missiyanı yerinə yetirək. Qarşımızda duran vəzifələr çoxdur. Biz çalışacağıq ki, bu missiyanı daha da inkişaf etdirərək həyata keçirək”, - deyə professor Mahirə Hüseynova bildirib.
Tehsil-press.az