Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyinə həsr edilən dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev ADPU-nun ölkəmizin milli pedaqoji təhsil sferasında hər zaman fərqləndiyini diqqətə çatdırıb.
Ulu öndər Heydər Əliyevin daim ADPU-ya diqqətindən danışan rektor, həmçinin Prezident İlham Əliyevin “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamında bu təhsil ocağının fəaliyyətinə olduqca yüksək qiymət verildiyini vurğulayıb. Qeyd edib ki, BDU və ADPU-da elmi-pedaqoji fikrin inkişafı sahəsində daim əməkdaşlıq əlaqələri olub və bu əlaqələr hazırda yüksək səviyyədə davam edir. ADPU-nun 31 rektorundan 11-i BDU-nun, BDU-nun 25 rektorundan 3-ü isə ADPU-nun məzunudur. Həmçinin Cəfər Xəndan, Cəbrayıl Ələsgərov və Mehdi Əliyev müxtəlif illərdə həm BDU-ya, həm də ADPU-ya rəhbərlik ediblər. Pedaqoji Universitetin 70-dən çox elmlər doktorundan 20-yə qədəri BDU-nun məzunudur. Bu gün 100-dən çox ADPU məzunu BDU-da müxtəlif vəzifələrdə çalışır.
Rektor Elçin Babayev diqqətə çatdırıb ki, Bakı Dövlət Universiteti ADPU-nun yubileyi ilə bağlı tədbirlərini davam etdirəcək.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, 1921-ci ildə cəmi 6 tələbə ilə fəaliyyətə başlayan bu təhsil ocağı hazırda 160 mindən çox yüksəkixtisaslı məzunu ilə fəxr edir. Təkcə onu demək kifayətdir ki, AMEA-nın 11 prezidentindən 3-ü ADPU məzunudur və onlar ümumilikdə 27 il ölkəmizin elm məbədinə rəhbərlik ediblər. Beş dəfə ADPU-da olan ulu öndər Heydər Əliyevin hakimiyyət illəri isə ADPU-nun tarixində xüsusi inkişaf mərhələsi kimi ayrılır.
Rektor vurğulayıb ki, həm tədris, həm maddi-texniki sahədə son 5 ildə universitetdə xeyli müsbət nəticələr əldə edilib. Bu gün müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə göstərən ADPU məzunları 2016-cı illə müqayisədə 400 faiz daha yaxşı nəticə göstərərək 70 faizə qədər mütləq üstünlüyü təşkil edir. Universitetin 2020-ci ildəki məzunlarından 51,5 faizi işlə təmin olunub.
Həmçinin 52 xarici universitetlə əlaqələri olan ADPU-nun beynəlxalq əməkdaşlıq sahəsində son illərdəki böyük uğurlarından olan ABŞ-ın Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramı uğurla davam edir və gələn ildən qəbul planının 25-dən 40-a qaldırılması planlaşdırılır.
Yeni tədris ilindən etibarən ADPU-da MBA və “SABAH” magistraturasına, həmçinin iki ixtisasda bakalavr səviyyəsində ingilis bölməsinə qəbul aparılacaq. Pedaqoji Universitet 2025-ci il üçün hazırlanacaq inkişaf konsepsiyasında təhsilalanlara milli mənlik şüuru əsasında daha çox iki komponent - rəqəmsal biliklər və xarici dil kompetensiyalarının aşılanmasını hədəf kimi nəzərdə tutur.
Sonra BDU-nun Sosiologiya kafedrasının professoru İzzət Rüstəmov və universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, ADPU-nun məzunu Şahin Pənahov Pedaqoji Universitetlə bağlı xatirələrini bölüşüb.
ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov isə bu ali məktəbin çətin və şərəfli inkişaf yolundakı maraqlı məqamlara nəzər salıb.
Tədbir çərçivəsində Pedaqoji Universitetə aid nəşrlərin yer aldığı sərgi təqdim edilib.
Qeyd edək ki, tədbir pandemiya şəraitinin tələbləri nəzərə alınaraq məhdud sayda iştirakçı ilə təşkil olunub.
Tehsil-press.az