Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və “McDonald’s Azərbaycan” şirkəti arasında əməkdaşlıq çərçivəsində məhdud imkanlara malik tələbələr üçün müsabiqə başa çatıb.
Müsabiqənin yekunlarına görə şirkət tərəfindən maliyyə dəstəyi göstəriləcək namizədlər seçiliblər.
Xatırladaq ki, UNEC-in rektoru, professor Ədalət Muradov və “McDonald’s Azərbaycan”ın baş direktoru Oskar Boqopolskinin imzaladıqları memoranduma əsasən, tərəflər tələbələrdə müxtəlif istiqamətlərdə biliklərin inkişafı, istehsalat və könüllü praktiki proqramların təşkili, təhsil haqqının ödənilməsi, həmçinin sertifikatlaşmadan keçmə kimi məsələlərdə əməkdaşlıq edəcəklər.
UNEC-in bildirdiyinə görə, ərizə təqdim etmiş on beş tələbədən beşi bütün zəruri meyarlara cavab verdilər və müsabiqənin yekunlarına əsasən “McDonald’s Azərbaycan” cari il üçün onların təhsil haqqını ödəyəcəkdir.
Qeyd edək ki, sözügedən təşəbbüs UNEC və “McDonald’s Azərbaycan” arasında uzunmüddətli məhsuldar əməkdaşlığın başlanğıcıdır.
Sosial məsuliyyət “McDonald’s”ın korporativ siyasətinin vacib hissəsidir və UNEC-lə əməkdaşlıq bu istiqamətdə şirkətin fəaliyyətinin sərhədlərini genişləndirdi. Çətinliklərlə üzləşən tələbələrə yardımın göstərilməsi yalnız maddi dəstək deyil, həm də onlarda özlərinə və gələcəyə inamı qorumağa yardım edir.
Tehsil-press.az