UNEC tələbələrinə ödənişsiz onlayn psixoloji dəstək göstəriləcək

UNEC tələbələrinə ödənişsiz onlayn psixoloji dəstək göstəriləcək Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələrinə ödənişsiz onlayn psixoloji dəstək göstəriləcək.
UNEC İnklüziv Təhsil Mərkəzi ilə "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində tələbələr üçün onlayn görüşlər təşkil olunacaq. Tələbələr psixoloqlar Günel Axundova və Aydan Səbirli ilə əlaqə saxlayaraq imtahanqabağı stressin aradan qaldırılması, depressiya və digər psixoloji durumlarla bağlı dəstək ala biləcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər