Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, burada hərbi hissənin açılışında iştirak ediblər.
Açılış zamanı ölkə başçısı qeyd etdi ki, Hadrutda bu hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşir. Komando Briqadasının yaradılması Azərbaycan üçün yenilikdir. Azərbaycanda bir çox Komando briqadalarının yaradılması planlaşdırılır.
Türkiyənin hərbi-siyasi eksperti Abdullah Ağar Trend-ə açıqlamasında bildirib ki, komandolar müasir hərbin ən əsas fiqurlarında biridir.
Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi zamanı öyrənilən ən böyük dərslərdən biri dağlıq ərazidə ediləcək əməliyyat və bu əməliyyatı həyata keçirəcək olan birliklərdir.
“Başda Qarabağ olmaqla, Azərbaycanın bir çox bölgəsi dağlıq ərazidir. Bu dağlıq ərazilərdə maneələr yaradan və lazım gəldikdə mübarizə aparacaq birliklərə ehtiyac var. Bu səbəbdən Komanda Briqadası quruldu. Digər tərəfdən müasir hərbin ən əsas fiqurlarından biri komandolardır. Onlar həm yüksək ağıl, ruh, fiziki qabiliyyət və cəsarət göstərməlidir, həm də müasir texnologiyadan istifadə edə bilməlidir”, – deyə A.Ağar qeyd edib.
Ekspert bildirib ki, Hadrut bu yöndə xüsusi bir ərazidir. Çünki demoqrafik və topoqrafik quruluşuna görə həssas bir ərazi idi və müharibənin qazanılan ən vacib zəfərlərindən biri Hadrutda yaşandı.
“Hadrutun ətrafı dağlıq ərazidir və bu səbəbdən Qarabağın ən önəmli yerlərindən biridir. Bütün bu səbəblərə görə orada komanda briqadasının olması son dərəcə doğru, mənalı və vacib nəaliyyətdir. Komanda Briqadasının yaradılması gələcəkdə hər hansı bir mübarizə zamanı arzuedilən müvəffəqiyyəti əldə etmək üçün önəmli bir addımdır”,- deyə o vurğulayıb.
Yaradılan komando qüvvələri xüsüsi vəzifələri icra etməkdən ötrü nəzərdə tutulan və yüksək hazırlıqlı bölmələrdir.
"Komando hərbi hissələrin sayının artırılması nəzərdə tutulur. Onlar müxtəlif təyinatlı döyüş vəzifələrini icra etmək üçün nəzərdə tutulub. Bu hadisəni Azərbaycan Ordu quruculuğunda yeni mərhələ də adlandırmaq olar. Müharibə bitsə də, Ali Baş Komandanın rəhbərliyi altından Azərbaycan Ordusu daha da güclənir, modernləşdirilir".
Ekspert bildirib ki, İkinci Qarabağ müharibəsi göstərdi ki, artıq yeni müasir müharibələr aparılır.
"Bu müharibələrdə də isə mobil qrupların, yəni xüsusi təyinatlı bölmələrin rolu isə əvvəzsizdir, xüsusən də dağlıq ərazilərdə bu bölmələr öz sözünü deməyi bacarır. Komando hərbi hissəsinin Hadrutda açılması isə Ermənistandakı revanşist düşüncədə olanlara açıq mesaj olmuş oldu".
Tehsil-press.az