İyunun 14-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının 2017-ci il buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.
Mərasimdə Ali Hərbi Məktəbin, Müdafiə Nazirliyinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, veteranlar, məzunların yaxınları iştirak ediblər.
Tədbirdə çıxış edən Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov əlamətdar gün münasibətilə müdavimləri və onların valideynlərini Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib.
N.Osmanov bildirib ki, Müdafiə Nazirliyi rəhbərliyinin keçirdiyi tədbirlər və gördüyü işlər nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin təhsil sistemi gündən-günə təkmilləşir və inkişaf edir: "Heydər Əliyev adına Ali Hərbi Məktəbdə tədris sisteminin təkmilləşdirilməsi üçün aparılan islahatlar müsbət nəticələr verməkdədir. Məktəbin maddi tədris bazası bütün müasir tələblərə tam cavab verir. Burada Azərbaycan Silahlı Qüvvələrinə hazırlıqlı vətənpərvər kadrların hazırlanması üçün hər cür şərait yaradılıb. Biz bundan sonra da bütün imkanlardan istifadə edib Ali Hərbi Məktəbin tədris sisteminin təkmilləşdirilməsi üçün işləri davam etdirəcəyik".
Hərbi təhsil sisteminin daim inkişaf etdirilməsinin ordumuzun yüksək ixtsaslı zabit kadrları ilə təmin olunmasının qarantı olduğunu deyən general-leytenant bildirib ki, burada xidmət edən hər bir zabit, gizir, həmçinin burada çalışan müəllimlər və təhsil alan kursantlar dövlətin adına layiq olmaqla üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər.
N.Osmanov deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məhz Silahlı Qüvvələrin hansı vəziyyətdə olmasından asılıdır: "Bunun üçün siz Silahlı Qüvvələrin sıralarına gənc zabitlər kimi daxil olmaqla ordumuza yeni nəfəs, yeni ruh, döyüş əzmi gətirməlisiniz. Düşmən hiss etməlidir ki, siz hər sahədə həmişə ondan üstünsünüz. Vətənə sədaqətiniz, ana torpağa, ailəyə bağlılığınız, xalqımıza və dövlətimizə məhəbbətiniz sonsuzdur. Bu gün Azərbaycanın güclü və sarsılmaz ordusu var. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin səyi nəticəsində Azərbaycan Silahlı Qüvvələri daim inkişaf edir".
Sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbi fərqlənmə ilə bitirən məzunlara diplomlar və qiymətli hədiyyələr təqdim olunub. Məktəbi fərqlənmə ilə bitirən məzunlar üzərində ulduz və aypara təsviri olan emblemləri rəmzi yaş kötüklərinə vurublar. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağının təhvili və qəbulu olub.
Ali Hərbi Məktəbin döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.
Sonda kursantlar təntənəli hərbi marşın sədaları altında tribunanın önündən keçiblər.
Hikmət Əliyev