Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin yanvarın 22-də keçirilən növbəti iclasında Şəki Regional Elmi Mərkəzinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti barədə hesabatı dinlənilib.
İclasda Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, mərkəzin fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabineti və AMEA Rəyasət Heyətinin qərarları, AMEA-nın prezidentinin sərəncamları əsas götürülüb, habelə dövlət proqramlarının icrasından irəli gələn işlər yerinə yetirilib. Hesabat ilində əməkdaşların 5-i xaricdə olmaqla 27 elmi məqaləsi, 8-i xaricdə olmaqla 33 tezisi dərc olunub.
Məruzəçi ötən il mərkəzdə əhalinin sağlamlığı və biotibbi, tarixi və etnoqrafik irs, şimal-qərb bölgəsinin folkloru, bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi, şimal-qərb regionunda yabanı ipəkqurdlarının axtarışı və s. istiqamətlərdə aparılan tədqiqatlar haqqında ətraflı məlumat verib.
Elm və təhsilin inteqrasiyasından danışan alim bildirib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında tədris olunan fənlərə dair bir tədris proqramı və bir dərs vəsaiti çap olunub. Həmçinin Balakən rayon İcra Hakimiyyəti ilə birgə ADPU-nun Şəki filialının əməkdaşlarının iştirakı ilə Elm Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Alim məruzəsində beynəlxalq elmi əlaqələr, keçirilən konfrans və yubileylər, struktur dəyişiklikləri, təltiflər, xarici ezamiyyətlər, gənc alim və mütəxəssislərin fəaliyyəti haqqında da məlumat verib.
Məruzə dinlənildikdən sonra müzakirə olunub, suallar cavablandırılıb.
Tehsil-press.az