AzMİU: Beynəlxalq mütəxəssislər tərəfindən müəllimlərimizin elmi nəticələrinə yüksək dəyər verilir

AzMİU: Beynəlxalq mütəxəssislər tərəfindən müəllimlərimizin elmi nəticələrinə yüksək dəyər verilir Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşlarının 2021-ci ildə ötən illərə nisbətən dərc olunmuş elmi əsərlərinin ümumi sayında 20 faiz, beynəlxalq bazalara daxil olan jurnallarda isə 30 faiz artım qeydə alınıb.
İl ərzində “Scopus” və “Web of Science” bazalarının jurnallarında AzMİU-nun professor-müəllim heyəti tərəfindən dərc olunmuş məqalələrin sayında müsbət dinamika müşahidə edilib. Belə ki, “Web of Science” bazasına daxil olan jurnallarda əməkdaşlar tərəfindən dərc edilən məqalələrin sayı 2020-ci ildə 16 olubsa, 2021-ci ildə bu rəqəm 21 olub. “Scopus” bazasına daxil olan jurnallarda isə universitet əməkdaşlarının 2019-cu ildə 20, 2020-ci ildə 24, bu il isə 31 məqaləsi işıq üzü görüb.
AzMİU müəllimləri tərəfindən dərc olunmuş məqalələrə verilən istinadlarda da müsbət dinamika var. Bu da onların elmi nəticələrinə beynəlxalq mütəxəssislər tərəfindən yüksək dəyər verildiyini göstərir.
Onu da qeyd edək ki, 2021-ci ildə elmmetrik göstəricilərin artan xətlə inkişafı universitetdə çalışan professor-müəllim heyətinin elmi fəaliyyətinin stimullaşdırılması məqsədilə rəhbərlik tərəfindən aparılan həvəsləndirici və maarifləndirici tədbirlərin nəticəsidir.

Tehsil-press.az


Oxşar xəbərlər