BDU-da “Çin ədəbiyyatının müasir romanları” mövzusunda silsilə mühazirələr başa çatıb

BDU-da “Çin ədəbiyyatının müasir romanları” mövzusunda silsilə mühazirələr başa çatıb Bakı Dövlət Universitetinin (BDU) və Konfutsi İnstitutunun birgə təşkilatçılığı ilə “Çin ədəbiyyatının müasir romanları” layihəsi çərçivəsində “Müasir ədəbiyyat” mövzusunda onlayn mühazirə keçirilib.
BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin böyük mütəxəssisi Şəms Bağırovanın moderatorluğu ilə keçirilən tədbirdə Şərqşünaslıq fakültəsinin və Konfutsi İnstitutunun müəllim və tələbələri iştirak ediblər.
Çin dilində keçirilən tədbirdə Anhui Universitetinin Beynəlxalq təhsil fakültəsinin müəllimi Denq Şu mövzu barədə Şərqşünaslıq fakültəsinin tələbələrinə məlumat verib.
Denq Şu əsasən iki görkəmli müasir Çin yazıçısı - Ədəbiyyat üzrə Nobel Mükafatı laureatı Mo Yan və Hüqo Mükafatı laureatı Liu Cixin həyatı, yaradıcılığı və əsərləri haqqında danışıb. Eyni zamanda, o, yazıçı Liu Cixinin şedevr əsərlərindən olan “Üç bədən problemi” romanının rus dilinə tərcüməsi haqqında məlumat verib.
Sonra suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər